İnam Kərimov Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb

14:51 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb. Konfederasiyanın prezidenti Məmməd Musayev qurumun gördüyü işlər, regionlarda fəaliyyəti, aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatı sektorunun inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Nazir İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığa önəm verdiyini, bu məqsədlə qurumun tərkibində fermerlər, kooperativlər və assosiasiyalarla iş şöbəsinin yaradıldığını bildirib. Nazir assosiasiyaların inkişafı üçün proqramlarının hazırlandığını, assosiasiya üzvləri üçün müxtəlif təlimlərin keçiriləcəyini deyib.

Görüşdə aqrar sektorun inkişafına dair müxtəlif təkliflər müzakirə olunub.

 

Bütün xəbərlər