MİDA Bank VTB və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri

14:38 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. MIDA Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) bankları ilə əməkdaşlığını genişləndirir.

MIDA-nın xəbərində deyilir ki, Bank VTB-Azərbaycan və Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, vətəndaşlar İKZF vəsaitləri hesabına, banklar vasitəsilə MIDA tərəfindən inşa edilən sosial yaşayış mənzillərinin alınması üçün güzəştli kredit əldə edə biləcəklər.

Agentliyin daşınmaz əmlakının alınması üçün ipoteka dərəcəsi illik 4%, kredit müddəti 30 ilə qədər təşkil edir.

MIDA hazırda Bakıda iki sosial yaşayış layihəsinin həyata keçirilməsi  ilə məşğuldur.

Beləliklə, “MİDA” ilə əməkdaşlıq müqaviləsi imzalamış bankların sayı 6-ya çatdı. Daha öncə analoji müqavilələr “Kapital Bank”, “Bank BTB”, “UniBank” və “Azər-Türk Bank” ASC ilə bağlanmışdır.

 

Bütün xəbərlər