Komitənin əməkdaşları Koreyada keçirilən təlimdə iştirak edir

15:00 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. Sentyabrın 3-dən 14-dək Koreya Respublikasının Dayjon şəhərində statistik məlumat bazasının və xidmət sisteminin yaradılmasına dair keçirilən təlimdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin də bir qrup əməkdaşı iştirak edir.

Koreya Statistika Komitəsi tərəfindən təşkil edilən tədbirin əsas məqsədi Koreyanın statistik məlumat bazaları və onların idarə olunması, statistik informasiya və istehsal sistemləri üzrə məlumatların ötürülməsi sahəsində Azərbaycanlı mütəxəssislərə təlim təşkil etmək, eyni zamanda, bu sahədə statistika qurumlarının təcrübələrini bölüşməkdir.

Təlimin gündəliyinə əsasən Koreya milli statistika sisteminin strukturu, JAVA proqramlaşdırma dili, SQL, metaməlumatların idarə olunması sistemi üzrə aktual məsələlərə dair məlumatlar veriləcək, statistik məlumat bazalarının yaradılması, onların idarə olunması sahəsində təcrübələr, mövcud çətinliklər və bu istiqamətdə planlaşdırılan tədbirlərlə bağlı müzakirələr aparılacaq.

Bütün xəbərlər