330x110
 

Azərbaycan-Xorvatiya sənədləri imzalanıb

06.09.2018,16:13


6 sentyabr, Fineko/abc.az. Bu gün geniş tərkibdə görüşdən sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanma mərasimi keçirilib.

Dövlət başçısının rəsmi saytında məlumat verildi ki, sənədlərinin imzalanması mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə olub.

“Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obuljen Korzinek  “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı imzaladılar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç imzaladılar”, - məlumatda belə deyilir.