“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində ətrafı tanıma uçuşları keçirilir

18:16 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində “TURAZ Şahini - 2018”birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərdə iştirak edən pilotlar ətrafı tanıma uçuşlarını icra ediblər.
Uçuşlardan əvvəl təyyarəçilər üçün təlimin qaydaları barədə müxtəlif brifinqlər təqdim olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.


Bütün xəbərlər