Azərbaycanın Dövlət Neft Fondu “Əsrin müqaviləsindən” $127 milyarddan çox gəlir əldə edib

16:08 - 6.11.2017


6 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)  “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neftin satışından əldə edilmiş gəlirin həcmini açıqladı.

ARDNF-nin məlumatında deyildiyi kimi, gəlirli neftin satışından yanvar-oktyabr aylarında Neft Fondu $5,195 milyard qazandı.

Bütovlükdə, 2001-ci ildən başlayaraq 1 noyabr 2017-ci il tarixinə qədər ARDNF  AÇG-dən gəlirli neftin satışından $127,304 milyard əldə edib.

 

 

Bütün xəbərlər