Azərbaycan neftinin qiyməti bir barelə 77,90 dollar təşkil edir

11:10 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,27 dollar (1,6%) ucuzlaşıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,90 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti 6 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,95 dollar (1,38%) ucuzlaşaraq bir barelə 67,77 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti 6 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,77 dollar (1%) enərək  bir barelə 76,50 dollar təşkil etmişdir.

Nəticədə “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  hazırda 8,73 dollar / barelə qədər yüksəlmişdir.

 

Bütün xəbərlər