AMB sentyabrın 10-da keçiriləcək depozit hərracında 350 milyon manat cəlb edəcək

12:26 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirəcəyini elan edib.

AMB-in məlumatına görə, depozit hərracı 10 sentyabr 2018-ci il tarixində Bloomberg ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsilə 8,01% -9,99% dərəcə ilə 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - AMB-in məlumatında belə deyilir.

Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

 

Bütün xəbərlər