Samir Şərifov: Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi üçün məsləhətçi cəlb olunmalıdır

12:38 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı məsləhətçi cəlb edilməlidir.

Bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, ilkin olaraq bankın biznes strategiyası hazırlanmalıdır və bankın alınmasında maraqlı şirkətlər var. Bankın bazarda rolu, yeri, bazarda xüsusi çəkisi, biznes modeli ilə bağlı strategiya hazırlandıqdan sonra şirkətlər öz qərarlarını verə bilər.

 

 

Bütün xəbərlər