Azərbaycanın Vergilər naziri şikayətlərin baxılması effektivliyinin təminatı haqqında əmr imzaladı

16:41 - 6.11.2017


6 noyabr, Fineko/abc.az. Azərbaycanın Vergilər naziri Fazil Məmmədov müraciətlərin baxılması məsələsinə həsr edilmiş kollegiya iclası keçirib.

Nazir iclas gedişatında bildirib ki, bu məsələ idarənin diqqət mərkəzindədir, lakin, buna baxmayaraq, monitorinqin keçirilməsi və şikayətlərin baxılması prosesinin təhlili zamanı  çatışmazlıqlar aşkar edilmişdir.

“Bəzi hallarda müraciətlər  ətraflı baxılmır və vətəndaşlar digər instansiyalara, xüsusilə, ölkə prezidentinə və birinci vitse-prezidentə müraciət etməli olurlar”, - deyə nazir bildirib.

İdarə rəhbəri bu şikayətlərin baxılmasına nəzarətin əhəmiyyətini qeyd etdi və bildirdi ki, bir neçə gün əvvəl bu məsələ üzrə əmr imzalanıb və  idarənin aidiyyəti qurumlarına əmr tələblərinə riayət etmək tapşırılıb.

Həmçinin nazir bütün struktur vahidlərin və bölmələrin rəhbərlərinə, sözügedən tələblərin pozuntularına yol vermiş  əməkdaşları intizam məsuliyyətinə cəlb etməyə tapşırıb.

 

 

 

Bütün xəbərlər