Neftçilər prospektinin bir hissəsində rənglənmə işləri aparılacaq

14:10 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsişməsinədək olan hissəsində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, işlər bu gün 22:00–da başlayaraq sentyabrın 8-i səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən rənglənmə işlərinin aparılmasına mane olmamaları üçün qeyd olunan müddət ərzində prospektdə Dənizkənarı Bulvar boyunca avtonəqliyyat vasitələrini park etməmələri, həmçinin prospektdə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər