“Coca-Cola” sistemi Azərbaycan iqtisadiyyatında hansı yeri tutur?

07.09.2018,16:04


“Coca-Cola” şirkəti 2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafına “Coca-Cola” sisteminin verdiyi töhfəsini qiymətləndirən tədqiqatın nəticələrinə həsr olunmuş mətbuat-konfransı keçirib. Sözügedən tədqiqat 2018-ci ildə “JR Consulting” müstəqil analitik şirkəti tərəfindən aparılıb.

Standart korporativ hesabatlardan fərqli olaraq, tədqiqat “Coca-Cola” sisteminin Azərbaycandakı fəaliyyətinin ölkənin iqtisadi və sosial inkişafına konkret təsirini nümayiş etdirir.

“Azerbaijan Coca-Cola Bottlers” şirkıtinin baş direktoru Erdinc Güzel bildirib ki, 2017-ci ilin sonunadək şirkət tərəfindən Azərbaycanın milli iqtisadiyyatına 275 mln. manat məbləğində investisiya yatırılıb, dövlət büdcəsinə isə 253 mln. manat məbləğində vergi ödənilib. Bununla belə, “Coca-Cola” sistemi öz istehsalatı hesabına həm birbaşa, həm də bütün ölkə üzrə təchizatçı və istehlakçıların geniş şəbəkəsini dəstəkləyərək dolayısı ilə Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradır.

Tədqiqat zamanı ekspertlər “Coca-Cola” sisteminin öz istehsalatı hesabına həm birbaşa olaraq, həm də bütün ölkə üzrə geniş təchizatçı və istehlakçılar şəbəkəsini dəstəkləyərək dolayısı ilə Azərbaycanın ÜDM-nə nə cür təsir etdiyini təhlil ediblər.

Tədqiqatın nəticələrinə həsr olunmuş mətbuat konfransında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov tədqiqatın əhəmiyyətini qeyd edib və “Coca-Cola” kimi qlobal investorların azad və effektiv fəaliyyətinin vacibliyini vurğulayıb.

Tədqiqatın əsas nəticələri:

“Coca-Cola”nın 2014-cü ildə Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 103,2 mln. manat təşkil edib

“Coca-Cola Azerbaijan”nın 2014-cü ildə ölkə iqtisadiyyatına yatırdığı vəsaitin həcmi 103,2 mln. manata çatıb. Bu, ÜDM-in 0,18%-ni və qeyri-neft ÜDM-nin 0,31%-ni təşkil edib. ÜDM-in 43,7 mln. manatı birbaşa (“Coca-Cola”nın fəaliyyəti nəticəsində), 30,4 mln. manatı isə dolayısı ilə (təchizatçılar sayəsində), 29,1 mln. manat isə şərtli səviyyədə əldə olunub.

İri vergi ödəyicisi

“Coca-Cola Azerbaijan”ın 2014-cü ildə ölkədəki fəaliyyəti nəticəsində 37,2 mln manatlıq vergi və sosial ödənişlərin dövlət büdcəsinə köçürülməsi təmin olunub ki, bu da büdcəyə köçürülən bütün vergi ödənişlərinin 0,52%-ni təşkil edib. Bu məbləğin 16,3 mln. manatı birbaşa olaraq “Azerbaijan Coca-Cola Bottlers” tərəfindən, 12,1 mln. manatı təchizatçılar tərəfindən, 8,9 mln. manatı isə üçüncü şəxslər tərəfindən ödənilib.

“Coca-Cola” sistemində 1 yeni iş yeri Azərbaycan iqtisadiyyatında daha 15 iş yerinə dəstək verir

2014-cü ildə “Coca-Cola” sistemində 419 nəfər insan çalışıb. Dolayısı və şərtləşdirilmiş səviyyələrdə isə işçilərin sayı 5 167 nəfər olub. Bu, o deməkdir ki, ümumiyyətlə, şirkətin müxtəlif səviyyədə fəaliyyəti nəticəsində 5 586 nəfər işlə təmin olunub. Bundan başqa, “Azerbaijan Coca-Cola Bottlers” sistemində yaradılmış bir iş yeri ölkə iqtisadiyyatında daha 15 iş yerini dəstəkləyir.

Azərbaycanın içki bazarının əsas iştirakçısı

2014-cü ildə “Coca-Cola”nın işçilərinin sayı içki istehsalatı seqmentində ümumi əməkdaşların cəmi 7%-ni təşkil etməsinə baxmayaraq, ümumi istehsalın 46,3%-i (alkoqolsuz və sərinləşdirici içkilər daxil) və ÜDM-in 48,5%-i “Coca-Cola” sisteminin illik fəaliyyətinin nəticələri olub. Bundan başqa, “Coca-Cola” tərəfindən dövlət büdcəsinə ödənilən gəlir vergisinin payı 58,1%, mənfəət vergisinin payı 30,6%, sosial təminat üzrə verginin payı isə 48,2% təşkil edib.

Sosial inkişafa verilən töhfə

İri sosial layihələrin icrası “Coca-Cola”nın Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərindən biridir. “Coca-Cola” şirkəti mənfəətinin əhəmiyyətli hissəsini sosial təşəbbüslərə yönəldərək dünyada davamlı inkişafın hər üç istiqamətini dəstəkləyir və töhfə verir: ekoloji rifah, qadın sahibkarlığının və gənclərin inkişafı. Son 7 il ərzində “Coca-Cola” Azərbaycanda müxtəlif ekoloji və sosial layihələrə ümumi olaraq təqribən 2,6 mln. ABŞ dolları vəsait yatırıb ki, bunun nəticəsində təxminən 1,3 mln. ölkə vətəndaşı sözügedən layihələrdə iştirak edib.