Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

16:45 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 7 nəfər Azərbaycan vətəndaşı  2018-2019-cu tədris ili üzrə Latviyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə  7 nəfər Latviyanın “Riga Technical University” və “University of Latvia” ali təhsil müəssisələrində iqtisadiyyat və idarəetmə, mühəndislik, filologiya, aviasiya ixtisasları üzrə magistratura ( 6 nəfər )  və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə  təhsilini davam etdirmək hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.  

 

 

Bütün xəbərlər