SOCAR-ın işçilərinin sayı azalıb

07.09.2018,16:58


7 sentyabr, Fineko/abc.az. SOCAR-da çalışan işçilərin sayı azalıb.

Bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.

Qeyd edilir ki, 2017-ci ildə SOCAR-da çalışan işçilərin orta siyahı sayı 50 min 122 nəfər təşkil edib və bu da 2016-cı il ilə (50 min 933 nəfər) müqayisədə 811 nəfər azalıb. 2017-ci il ərzində şirkət üzrə işçilərin orta siyahı sayının 811 nəfər (1,6 faiz) azalmasının səbəbi SOCAR-ın idarəetmə mexanizminin təkmilləşdirilməsi, onun fəaliyyətinin səmərəliyinin daha da artırılması məqsədilə aşağıdakı struktur dəyişiklikərinin həyata keçirilməsi ilə əlaqədardır.