45 ünvanda “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb

17:08 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Paytaxtda sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir.

Paytaxtda sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir. 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb. Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

İşlərə ilkin olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

Bütün xəbərlər