Dövlət qulluqçuları üçün xidməti fəaliyyətin qiymətləndirilməsinə dair növbəti təlim keçirilib

17:45 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğunda islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin (AZ/15/ENP/OT/40) dəstəyi ilə dövlət orqanlarının nümayəndələrinə 3 günlük (4-6 sentyabr) təlim keçirilmişdir. Təlimin ilk günü 30-a yaxın rəhbər vəzifəli dövlət qulluqçusu qiymtələndirmənin mahiyyəti, texnikası, nəticələrindən effektiv istifadə ilə bağlı təlimdə iştirak etmişdir.

5-6 sentyabr tarixlərində isə Layihənin Xidməti fəaliyyətlə bağlı 3-cü komponenti çərçivəsində pilot layihənin həyata keçirilməsi üçün müəyyən edilmiş dövlət orqanlarının – İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İmtahan Mərkəzinin əməkdaşları fərdi qiymətləndirmə ilə bağlı təlim kursuna cəlb edilmişdir.

Bütün xəbərlər