Prezident İlham Əliyev Hacıqabulda yol tikintisinə 3,8 milyon manat ayırıb

19:30 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev sentyabrın 7-də “Hacıqabul rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncam əsasən, on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bütün xəbərlər