Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb

11:21 - 10.09.2018


10 sentyabr, Fineko/abc.az. 31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 9-da başa çatmışdır. Uğurlu keçən sərgi müddətində stendimiz maraqla qarşılanmış, ziyarətçilər ölkəmiz haqqında onları maraqlandıran suallara cavab tapmış, milli nəşrlərlə tanış olmuş, maraqlananlara kitablar, müxyəlif təbliğat materialları hədiyyə edilmişdir. Stendimiz yerli əhali və əcnəbilərlə yanaşı, Moskvada yaşayan soydaşlarımız tərəfindən də ziyarət edilmiş, maraqla qarşılanmışdır. 
Sərgi çərçivəsində sentyabrın 8-də milli stendimizdə Avrasiya Xalqları Assambleyasının Baş Katibliyinin sədr müavini-Layihələr departamentinin rəhbəri Tatyana Fyodorova, Avrasiya Xalqları Assambleyasının Media Mərkəzinin rəhbəri Lyubov Yelkina, Avrasiya Xalqları Assambleyasının Şuralarla iş rəhbəri İrina Polyakova ilə görüş olmuşdur. Görüşdə 2018-ci ildə Bakıda keçirilməsi planlaşdırılan ədəbiyyat festivalının təşkili ilə bağlı məsələlər müzakirə olunmuş, Assambleya tərəfindən layihənin formatının daha da genişləndirilməsi, foruma çevrilməsi kimi təkliflər də irəli sürülmüşdür.
Serginin yekununda ugurla istiraka gore milli ekspozisiyamiz diplomla mukafatlandirilmisdir.

 

 

Bütün xəbərlər