İnam Kərimov Salyanda vətəndaşlarla görüşəcək

11:44 - 10.09.2018


10 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov  14 sentyabr 2018-ci il tarixində, saat 11:00-da Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək.  

Görüşdə iştirak etmək istəyənlər Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3175800) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

 

Bütün xəbərlər