AMB depozit hərracında 350 milyon manat cəlb etdi

12:03 - 10.09.2018


10 sentyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 10 sentyabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  672,5 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

 

Bütün xəbərlər