2018-ci ilin 8 ayı ərzində DGK Azərbaycanın dövlət büdcəsinə 2,271 milyard manat həcmində vergi və rüsum köçürüb

16:22 - 10.09.2018


10 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinə 2 270 963,9 min manat məbləğində vergi və rüsum köçürmüşdür.

DGK-in məlumatında deyilir ki, avqustda Azərbaycanın dövlət büdcəsinə 329 805,5 min manat köçürülmüşdür.

“Avqust ayında gömrük rüsumları üzrə köçürülmələr  85936,1 min manat, ƏDV üzrə 220235,6 min manat, aksizlər üzrə 20048,4 min manat, yol vergisi üzrə  3585,4 min manat  təşkil etmişdir”, - DGK-in məlumatında belə deyilir.

2018-ci ilin iyul ayında dövlət büdcəsinə  322161,5 min manat, iyunda 293360,2 min manat, mayda 298054,8 min manat, apreldə 300591,9 min manat, martda 281238,1 min manat, fevralda  219663,6 min manat, yanvarda isə 226088,3 min manat köçürülmüşdür.

2017-ci ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsi vasitəsilə vergi və rüsumların dövlət büdcəsinə köçürmələri 1 707 965,31 min manat təşkil etmişdir. 2017-ci ildə dövlət büdcəsinə köçürmələrin həcmi 2 608 779,61 min manat təşkil edib.

 

 

Bütün xəbərlər