Valyuta hərracı nəticəsində dolların məzənnəsi əvvəlki səviyyəsində qaldı

12:55 - 11.09.2018


11 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti hərrac keçirib.

“Sentyabrın 11-də Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - məlumatda belə deyilir.

Sentyabrın  6-da keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər