DGK-də İKT biznes nümayəndələri ilə görüş keçirildi

16:06 - 11.09.2018


11 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində (DGK)  informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib.

DGK-in məlumatında deyilir ki, görüşdə gömrük sahəsində İKT-nin təkmilləşdirilməsi məsələsi müzakirə edilib.

DGK-in sədri Səfər Mehdiyev qeyd edib ki, Azərbaycanın ixrac potensialının artırılmasında informasiya texnologiyalarının payı azdır və iclasın əsas məqsədi sahibkarların bu sahədə problemlərini, təkliflərini və fikirlərini müzakirə etmək və mövcud vəziyyətdən çıxış yollarını müzakirə etməkdir

Həmçinin Səfər Mehdiyev bildirib ki, DGK elektron hökumət portalı vasitəsilə göstərilən xidmətlərin sayını artırdı və bu ilin yanvar-avqust aylarında elektron xidmət istifadəçilərinin sayı 2,05 milyonu ötüb.

O, həmçinin qeyd etdti ki, 2018-ci ildə Azərbaycana turist axını xeyli artmışdır.

“Gömrük xidmətinin informasiya texnologiyaları sahəsində həyata keçirdiyi yeniliklər hesabına, xüsusilə hava limanlarında turistlərin sərhədkeçmə və gömrük məsələləri yüksək səviyyədə həllini tapıb, sıxlıqların və vaxt itkilərinin qeydə alınmayıb”, - Səfər Mehdiyev belə deyib.

 

Bütün xəbərlər