TellMann tok-şousu çərçivəsində «POMOLCHIM» rubrikasının premyerası

16:21 - 11.09.2018


11 sentyabr, Fineko/abc.az. TellMann SHOW  (www.TellMann.show) çərçivəsində məqsədi məşhur və istedadlı gənc kino və teatr aktyorları, musiqiçilər, idmançılar və digər yaradıcı gənclər barədə məlumat verməkdən ibarət olan «ПОМОЛЧИМ» rubrikasına start verilib.

Birdəqiqəlik çarx « POMOLCHIM» rubrikasının qonaqlarının iştirakı ilə çəkilmiş qısa yumoristik səhnəcikdən ibarətdir. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru, eyni zamanda TellMann SHOW –nun müəllifi və rəhbəri Telman Əliyev məlumat verib.

O qeyd edib ki, « POMOLCHIM» rubrikasının ilk buraxılışınınqonağı Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Məmmədova olub (https://www.youtube.com/watch?v=KtJaLqjd9D8).

 

 

Telman Əliyev xatırladıb ki, Caspian European Club “Narimanfilm” kinostudiyası ilə birgə 2018-ci ilin martından TellMann SHOW-nu efirə verməyə başlayıb. 

TellMann SHOW-nun qonaqları sırasında Azərbaycanın xalq şairi Çingiz Abdullayev, Latviyanın Azərbaycandakı səfiri Yuris Maklokovs,  Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, bəstəkar Siyavuş Kərimi, kino və teatr rejissoru İlqar Safat, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, əməkdar rəssam, heykəltəraş, professor Azad Zeynalov, “İnformastika” Elm-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin Baş İdarəsinin rəisi Arif Məmmədzadə, “Fominov Consulting LLC” şirkətində biznesin inkişafı üzrə direktor Azər Məmmədzadə,  Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri, əməkdar mədəniyyət işçisi, master-aşpaz Tahir Əmiraslanov, Medistyle Hospital-ın baş həkimi İmran Ağayev və Moldovanın Azərbaycandakı səfiri George Leuke kimi tanınmış simalar olub.

“TelMann SHOW-nun adı ingilis dilində Tell - danışmaq və Man – insan, kişi sözlərindən götürülüb. TelMann TelMann SHOW-nun qonaqları yaradıcı ziyalılar, siyasi xadimlər, dövlət məmurları, tanınmış iqtisadi və siyasi ekspertlər, nəhəng transmilli, dövlət və özəl şirkət rəhbərləri olacaq”, - deyə Telman Əliyev bildirib.

TelMann SHOW rusdilli auditoriya üçün nəzərdə tutulub və ölkədə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müsbət siyasi, iqtisadi və sosial prosesləri, həmçinin dünya ictimaiyyəti nümayəndələrinin bu proseslərə münasibətini birinci şəxslərin dilindən eşitmək üçün əlavə informasiya mənbəyi rolunu oynamaq məqsədi daşıyır. TelMann SHOW-da əsas diqqət Azərbaycanın ərazi bütövlüyü mövzusuna, milli mətbəx, adət və ənənələrə yönəldiləcək.

TelMann SHOW-nun yaradıcı kollektivi sponsor, partnyor və ya reklamverən qismində bu layihədə iştirak etmək niyyətində olan bütün şirkət və təşkilatları əməkdaşlığa dəvət edir.

TelMann SHOW-nun musiqisi eksklüziv olaraq veriliş üçün yazılıb və musiqiçi Mayk Allanın (Mike Allan) “Tell me TellMann” kompozisiyasının bir parçasıdır. TellMann qeydiyyatdan keçmiş ticarət markasıdır.

Bütün xəbərlər