Azərbaycan neftinin qiyməti bir barelə 80,29 dollar təşkil edir

10:26 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,3 dollar (1,65%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 80,29 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti çərşənbə axşamı günü, 11 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 1,71 dollar (2,53%) bahalaşaraq bir barelə 69,25 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 11 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 1,69 dollar (2,18%) artaraq  bir barelə 79,06 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,81 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər