Azərbaycan prezidenti məktəblərin təmirdən sonrakı vəziyyətinə baxış keçirib

12.09.2018,10:56


12 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev 8 və 227 saylı orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

“Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda general-leytenant Kərim Kərimov adına 8 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub”, - dövlət başçısının rəsmi saytında belə deyilir.

Həmçinin Azərbaycan Prezidenti bu gün Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.