Energetika Nazirliyi 2030-cu ilədək elektrik enerjisinin istehsalı və istehlakını müzakirə edib

11:43 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az. Energetika Nazirliyində  “Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və istehlakı: retrospektiv baxış, təhlillər, proqnozlar, təkliflər” mövzusunda hazırlanmış hesabatın təqdimatı keçirilib.

Energetka Nazirliyinin məlumatında deyilir ki, hesabatın məqsədi 2030-cu ilə qədər elektrik ehtiyaclarını müəyyən etməkdir.

Hesabat yerli və xarici mütəxəssislərin cəlb edlməsi ilə hazırlanmışdır.

Hesabata əsasən, elektrik stansiyalarında modernləşdirmə tədbirlərinin aparılması, istismar müddəti başa çatmış stansiyaların isə 2030-cu ilədək fəaliyyətinin dayandırılması təklif edilir.

Hesabata 1000 meqavat  gücündə stansiyaların tikintisi üzrə təkliflər daxildir.

“İstehsal gücünü artırmaq üçün yeni stansiyaların tikintisində özəl sektorun cəlb edilməsi nəzərdə tutulur. Abşeron yarımadası və ya onun ətraf ərazilərində 1000 MVt-lıq 1 və ya 2 stansiyanın tikilməsi, mövcud blokların bərpası və istifadəyə verilməsi, eyni zamanda metropolitendə təhlukəsiz fəaliyyətin təmin edilməsi məqsədilə əlavə ehtiyat mənbələrinin seçilməsi ilə bağlı təkliflər hesabata daxil olub”, - məlumatda belə deyilir.

Müzakirənin sonunda hesabatın son versiyasını digər dövlət orqanlarının nümayəndələri ilə birgə işçi qrupu səviyyəsində müzakirə etmək qərara alındı.

 

Bütün xəbərlər