Əmlak Məsələləri Dövlət Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyi memorandum imzalayıb

15:09 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az. 12 sentyabr tarixində Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması ilə bağlı tədbir keçirilib. Memorandumun əsas hədəfi kənd təsərrüfatının inkişafı məqsədləri üçün Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sisteminin məlumatlarından qarşılıqlı yararlanmaq, bu sahədə təcrübə mübadiləsi, o cümlədən fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma, birgə layihə və innovasiyaların tətbiqini əhatə edir.

Sənədi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və kənd təsərrüfatı naziri İnam Kərimov imzalayıb. Memorandumun əsas hədəfi Azərbaycan ərazisində torpaqlardan səmərəli istifadəyə dair məlumat və təcrübə mübadiləsi, o cümlədən birgə layihələrin həyata keçirilməsi, fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma və innovasiyaların tətbiqi sahələrində əməkdaşlığın həyata keçirilməsidir.

Bütün xəbərlər