PASHA Holidays çimərlik istirahəti üçün yeni istiqamətlər təşkil edir

12.09.2018,16:16


12 sentyabr, Fineko/abc.az. PASHA Holidays  turizm operatoru və Azərbaycan Hava Yolları (AZAL) 2018 - 2019 qış mövsümündə Bakı - Şarm əl Şeyx (Misir) marşrutu üzrə çarter reyslərinə başlayacaq.

Uçuşlar 8 noyabr 2018-ci il tarixindən  4 aprel 2019-cu il tarixinə qədər nəzərdə tutulub. Uçuşların tezliyi:  həftədə  1 dəfə cümə axşamı günləri, saat 10:00-da Bakıdan uçuş və 12:10-da Şarm əl-Şeyxdə enmə; həmçinin Şarm əl-Şeyxdən  saat 13:10-da uçuş, Bakıya isə saat 18:40-da enmə.

"Sharm el-Sheikh International Airport" (IATA: SSH) Şarm əl-Şeyx Beynəlxalq Hava Limanına 

uçuş Misirə gəliş zamanı viza almaq kimi olduqca unikal imkan təqdim edır.

Tur paketinin qiyməti 599 dollar təşkil edir və bura uçuş, “hər şey daxildir” bazasında  7 günlük yaşayış,  transferlər və turizm sığortası daxildir.

Dəniz sakinlərinin növlərinin müxtəlifliyi və Qırmızı dənizin yüzlərlə mərcan rifləri Şarm əl-Şeyxi suya dalma və eko-turizm həvəskarları üçün xüsusilə cəlb edirlər.

Sinay yarımadasında yerləşən bu şəhərin turizmə əsaslanan iqtisadiyyatı,  son bir neçə onillik ərzində əhəmiyyətli inkişaf etmişdir ki, bu da yüksək səviyyəli kurortların və müvafiq infrastrukturun yaradılmasına səbəb olmuşdur.

Şarm əl-Şeyxin istiqamətinin  təqdimatı 2018-ci il oktyabrın 5-də Four Seasons otelində keçiriləcək.