Azərbaycan neftinin qiyməti bir barelə 81,50 dollar təşkil edir

10:24 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,21 dollar (1,51%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 81,50 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti çərşənbə günü, 12 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 1,12 dollar (1,62%) bahalaşaraq bir barelə 70,37 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 12 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,68 dollar (0,86%) artaraq  bir barelə 79,74 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,37 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər