Hesab.az-ın dəstəyi ilə “Şəxsi İnkişaf və Fərdi Səmərəlilik” adlı təlim keçirilib

13.09.2018,10:57


13 sentyabr, Fineko/abc.az. Hesab.az-ın dəstəyi ilə WoWoman Azerbaijan-ın təşkil etdiyi “Şəxsi İnkişaf və Fərdi Səmərəlilik” adlı təlim keçirilib. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisində Əlaqələndirmə üzrə Müşaviri Şəms Mustafayeva təlimin spikeri olaraq çıxış edib.

Təlim zamanı iştirakçılar güclü və zəif cəhətlərini təhlil edərək onlara ən uyğun iş üslubunu müəyyən ediblər. Həmçinin, prioritetlərin müəyyən olunması və vaxtın idarə olunmasında rastlaşdıqları çətinlikləri təhlil edib, hədəflərinə çatmaq üçün zəruri vərdişlərin yaradılması yollarını öyrəniblər. Bundan əlavə təlimdə iştirakçılar sürətlə dəyişən iş mühitinin tələbləri ilə şəxsi həyatın zərurətlərini tarazlaşdırmağı və stresin idarə edilməsi yollarını öyrəniblər.

Tədbirdə həmçinin yenilənmiş Hesab.az haqda qısa təqdimat keçirilib. Hesab.az saytının nümayəndəsi olaraq Marketinqi üzrə menecer Nazlı Orucova çıxış edib. Nazlı xanım iştirakçıları yenilənmiş sayt və mobil tətbiq barədə məlumatlandırıb və suallara cavab verib. Təlimin sonunda iştirakçılara Hesab.az və Wowoman tərəfindən sertifikatlar təqdim olunub.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

 

Açar sözlər: Hesab az GoldenPay