İlham Əliyev Bakının Sabunçu rayonunun bir sıra orta məktəblərində yaradılan şəraitlə tanış oldu

13.09.2018,11:43


13 sentyabr, Fineko/abc.az. Sentyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Nardaran, Maştağa və Zabrat qəsəbələrindəki orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Azərbaycan prezidenti  Nardarandakı 295, Maştağa qəsəbəsindəki 187 və Zabrat qəsəbəsindəki 192  nömrəli məktəblərdə olub.

Dövlət başçısına orta məktəblərdə görülən işlər barədə məlumat verildi.