2018-ci ilin 8 ayı ərzində Azərbaycan neft ixracını artırıb

12:48 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycandan bəyan olunmuş neftin ixracı 10 493 533,73 min ABŞ dolları məbləğində 19,934,911 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-avqust aylarında neft ixracı 2017-ci ilin eyni dövrünə nisbətən (13 270,401 min ton və ya 5 085 538,13 min dollar) 50.2% artmışdır.

2017-ci il ərzində Azərbaycan 10 706 817,77 min dollar dəyərində 27 227,902 min ton bəyan olunmuş neft ixrac edib.

 

Bütün xəbərlər