2018-ci ilin 8 ayı ərzində Azərbaycan qaz ixracını azaldıb

13.09.2018,12:50


13 sentyabr, Fineko/abc.az. Azərbaycan 2018-ci ilin yanvar-avqust ayları ərzində 877,666,17 min dollar dəyərində 4 631 055,99 min kubmetr bəyan olunmuş qaz ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-avqust aylarında qaz ixracı 2017-ci ilin eyni dövrü ilə müqayisədə  (5,182,571.64 min kubmetr  və ya  926776,92 min dollar) 10,7% azalmışdır.

2017-ci ildə Azərbaycan 1,193,712.38 min dollar həcmində 7 543 483,34 min kubmetr qaz ixrac edilib.