Valyuta hərracı nəticəsində Azərbaycanda ABŞ dollarının qiyməti dəyişmədi

13:05 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti hərrac keçirib.

“Sentyabrın 13-də Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - məlumatda belə deyilir.

Sentyabrın 11-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər