Bakının bəzi küçələrində rənglənmə işləri aparılacaq

13:45 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Zığ qəsəbəsi Maxinov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər