Sentyabrın 14-nə olan hava haqqında məlumat

14:37 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Bakıda və yarımadada sabah hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Yarımadada gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Rayonlarda sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Bütün xəbərlər