Azərbaycanın 2018-ci ilin dövlət büdcəsi xərclərinin üçdə biri sosial tədbirlərə yönəldiləcək

13:23 - 7.11.2017


7 noyabr, Fineko/abc.az. Azərbaycan Parlamentində 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam edir.

Müzakirələr zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2018-ci ildə sosial tədbirlərə çəkiləcək xərclər 7 milyard manat təşkil edəcək ki, bu da bütün xərclərin 33,5%-ni təşkil edir və 2017-ci il ilə müqayisədə, 2,2% qədər çoxdur.

“Həmçinin, əhaliyə birbaşa və dolayı sosial xidmətlərin göstərilməsi məqsədi ilə, 2018-ci ilin dövlət büdcəsindən dövlət strukturları üçün 650 milyon manat həcmində maliyyə yardımı təqdim ediləcək,  beləliklə, ümumi sosial xərclər 7,656 milyard manat təşkil edəcək ki, bu da cari il ilə müqayisədə, 8,6%-ə qədər çoxdur”, - nazir belə deyib.

Onun sözlərinə görə, elm və təhsil, mədəniyyət, səhiyyə və s. kimi sosial yönümlü sahələrin maliyyələşdirilməsi üçün,  5,172 milyard manat ayrılacaq ki, bu da cari il ilə müqayisədə,1,5%-ə qədər çoxdur.

“Xərclərin əsas hissəsi və ya 2 milyard manat təhsil sahəsinə yönəldiləcək. Orta məktəb müəllimlərinin biliklərinin yoxlanılması üçün diaqnostik qiymətləndirmənin keçirilməsi nəticəsində, onların əmək haqqının artırılması üçün 171 milyon manat həcmində vəsaitlər yönəldiləcək. Azərbaycan gənclərinin xaricdə təhsil almasının təmin edilməsi üçün, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsindən 16 milyon manat yönəldiləcək. Qaçqın və məcburi köçkünlərin sosial durumunun və yaşayış şəraitinin  yaxşılaşdırılmasına 487 milyon manat ayrılacaq”, - deyə Samir Şərifov bildirdi.

Nazir həmçinin qeyd etdi ki, 1 yanvar 2018-ci il tarixində “İşsizlikdən sığorta haqqında”  Qanunun qüvvəyə minməsi ilə, dövlət qurumları tərəfindən sığorta haqlarının ödənilməsi üçün 17 milyon manat ayrılmışdır. Yaşayış şəraitinin yaxşılaşdırılması və ipoteka üçün 150 milyon manat ayırılacaq.

2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat səviyyəsində  proqnozlaşdırılır ki, bu da ölkənin ÜDM-nun 29%-ni təşkil edir. 2018-ci ilin büdcə xərcləri 20,906 milyard manat təşkil edəcək. 2018-ci ilin icmal büdcəsi 23 223,2  milyon manat, xərclər isə 26 674,1 milyon manat səviyyəsində  proqnozlaşdırılır. 

 

 

Bütün xəbərlər