Dəliməmmədli stansiyasında yeni yol dəyişənlər quraşdırılır

16:05 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Dəmiryolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yol dəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bugünə kimi 206 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Dəliməmmədli stansiyasında 7 ədəd yeni yol dəyişən qurğuquraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi11saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

 


Bütün xəbərlər