Azərbaycan Hökuməti ÜDM-nun növbəti üç ildə illik artımını 3,5% səviyyəsində proqnozlaşdırır

13:42 - 7.11.2017


7 noyabr, Fineko/abc.az. Azərbaycan Parlamentində 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam edir.

İqtisadiyyat  nazirinin müavini Sevinc Həsənova bildirdi ki, son zamanlar risklərin azalmasına baxmayaraq, orta müddətli perspektivdə risklər hələ də mövcuddur.

“Bununla bağlı, ölkə hökuməti, konservativ mövqe tutaraq, neftin bir barelinin qiymətini 2018-ci ildə $45 səviyyəsində, növbəti üç ildə isə $40 səviyyəsində təyin etdi”, - S.Həsənova belə  deyib.

Onun sözlərinə görə, sistem islahatlarının davam etdirilməsi, bank sisteminin yaxşılaşdırılması hesabına və, xarici şoklar istisna edilməklə, ölkədə orta müddətli perspektivdə inflyasiya səviyyəsi birmənalı, xüsusilə, 2018-ci ildə 2,9% və növbəti illər ərzində orta hesabla 3% səviyyəsində proqnozlaşdırılır.

“Həmçinin, gələn il, neft hasilinin azalması hesabına, neft iqtisadiyyatının 1%-ə qədər azalması və qaz hasilinin orta hesabla 5%-ə qədər artımı gözlənilir. Ölkənin ÜDM-nu gəllən il 1,5%, növbəti üç ildə isə orta hesabla 3,5% təşkil edəcək”, - nazir müavini belə deyib.

 

 

Bütün xəbərlər