AZAL 14 istiqamətdə yeni hava yolları açmağı planlaşdırır

16:43 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sərnişin daşımaları sahəsində prioritet məsələlərindən biri Bakıdan yeni istiqamətlərin açılmasıdır.
AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala Lumpur, Amsterdam, Vyana, Roma, Amman, Kəraçi, Qahirə, Düşənbə və digər iri şəhərlərə hava yollarının  açılması planlaşdırılır.
Planlaşdırılan yeni uçuşların açılışını nəzərə alaraq, 2020-ci ilin sonunda Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin axınının ildə 7 milyon sərnişindən çox olması ehtimal olunur.

Bütün xəbərlər