Rezidentlər Azərbaycanda sənaye parklarına və kvartallarına $1,85 milyard həcmində sərmayə qoyurlar

13:53 - 7.11.2017


7 noyabr, Fineko/abc.az. Azərbaycan Parlamentində 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam edir.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova müzakirələr gedişatında bildirdi ki, dövlət başçısının tapşırığı ilə, qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün sənaye parkları və kvartalların yaradılması üzrə  tədbirlər görülməkdədir.

“Bu günə kimi, parkların və kvartalların rezidentləri $1 milyarddan çox sərmayə qoymaqla 5 min iş yerinin açılmasını təmin etmişdirlər. Növbəti mərhələdə rezidentlər daha $850 milyon həcmində sərmayə qoymağı planlaşdırırlar ki, bu da 7500-dən çox yeni iş yerinin açılması deməkdir”, - nazir müavinini belə deyib.

 

Bütün xəbərlər