Tədris mərkəzinin yaradılması və kadr hazırlığı üçün “Azərsu”ya 5 milyon manat ayrılıb

11:02 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Tədris mərkəzinin yaradılması və kadr hazırlığı üçün “Azərsu” ASC-yə dövlət büdcəsindən 5 milyon manatın ayrılması haqqında sərəncam imzalayıb.

“Ölkəmizdə içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlərin icrası kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Bu sahədə mütəxəssislərin peşəkarlığının və praktiki təlim vərdişlərinin artırılması qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Hazırda təlim-tədris işinin müasir səviyyədə qurulması, beynəlxalq standartlara keçidin sürətləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, habelə texniki-mühəndislik xidmətlərinin innovativ metod və təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir”, - Azərbaycan prezidentinin sərəncamında belə deyilir.

Vəsaitlər, 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.  Prezidentin müvafiq sərəncamları sentyabrın 13-də dövlət başçısının saytında dərc olunub.

 

Bütün xəbərlər