Beynəlxalq Bankın öhdəliklərinin restrukturizasiyası nəticəsində Azərbaycanın xarici borcu $2,4 milyarda qədər artdı

16:07 - 7.11.2017


7 noyabr, Fineko/abc.az. Azərbaycanın bank sektorunun yaxşılaşdırılması prosesi bir neçə il ərzində davam edəcək.

Azərbaycanın maliyyə naziri Samir Şərifovun bildirdiyi kimi, dövlət,  Azərbaycan Beynəlxalq Bankın xarici borcları üzrə öhdəlikləri öz üzərinə götürdüyü üçün, $300 milyonu qənaət edə bilmişdir.

“Biz, Azərbaycan Beynəlxalq Bankın öhdəliklərini öz üzərimizə götürmüşük, əks təqdirdə defolt elan edilməli idi, lakin nəticədə ölkənin xarici borcunun həcmi $2,4 milyarda qədər artdı. Bankın reytinqləri yaxşılaşır və bank sabit rejimdə fəaliyyət göstərməyə davam edə bilər”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, bankın əmanətçiləri bu prosesdən zərər çəkmədilər. Ölkənin bank sektorunun yaxşılaşdırılması üzrə tədbirlər bir neçə il ərzində də davam edəcək.

 

Bütün xəbərlər