Məleykə Abbaszadə İmişli rayonunda vətəndaşları qəbul edəcək

14.09.2018,14:16


14 sentyabr, Fineko/abc.az. Qəbulda İmişli, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Tərtər, Ağcabədi, Ağdam rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul sentyabr ayının 21-də, saat 11:00-da İmişli rayon H.Əliyev  Mərkəzində (ünvan: İmişli rayonu, 20 Yanvar küçəsi, 2) keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə müraciət etmələri xahiş olunur (Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr., 19. Əlaqə tel.: (02121) 5-15-23).

Bundan əlavə, 14-20 sentyabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan rayonların Təhsil Şöbələrində saat 10:00-dan 17:00-dək qəbula yazılmaq üçün qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Açar sözlər: Məleykə Abbaszadə