Maliyyə Nazirliyi 10 milyon manat məbləğində daha bir DQİ buraxılışı keçirəcək

16:03 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, hərrac çərşənbə axşamı günü, sentyabrın 18-də keçiriləcək.

“DQİ emissiyasının həcmi, istiqrazların hər birinin nominal dəyəri 100 manat olmaqla, 10 milyon manat təşkil edəcək. İstiqrazların tədavül müddəti 182 gündür. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər