Noyabrın 15-dən Bakıda növbəti isitmə mövsümü başlanır

16:18 - 7.11.2017


7 noyabr, Fineko/abc.az. “Azəristilik” Açıq Səhmdar Cəmiyyəti növbəti isitmə mövsümünə hazırlaşır.

ASC-dən verilən məlumata  görə, bəzi dağlıq rayonlarında isitmə mövsümü artıq noyabrın 1-dən başlanıb, qalan rayonlarda və Bakıda isə noyabrın 15-dən  başlanacaq.

“Yeni mövsümdə 3750 bina, o cümlədən, 180 mindən artıq mənzil, 280 məktəb, 155 uşaq bağçası, 150 səhiyyə  müəssisəsi və 900-dən artıq  digər sosial və təsərrüfat obyekti  istilik sistemi ilə təmin ediləcək”, - ASC-dən belə xəbər verildi.  

 

Bütün xəbərlər