Son üç ayda icazəsiz ova görə 40441 manat cərimə tətbiq olunub

14.09.2018,17:33


14 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən  “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar  tərtib edilərək ümumilikdə  40441 manat məbləğində cərimə tətbiq olunub.