Bakı payız MDB-nin səyahətləri üzrə seçilmiş üç şəhərinə daxildir

09:35 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi Rusiya turistlərinin payız səyahətlərinə görə Müstəqil Dövlətlər Birliyinin (MDB) ən populyar şəhərlərini təqdim edib.

Agentliyin verdiyi məlumata görə, Bakı, payız səyahətləri üzrə MDB şəhərlərinin ilk üçlüyünə daxildir.

Rusiyalı turistlər arasında Minsk, Astana, Bakı, Yerevan, Daşkənd, Almatı, Bişkek, Kişinyov, Düşənbə və Aşqabad MDB şəhərlərinin ilk onluğundadır.

“TurStat”ın məlumatına görə, Azərbaycanın paytaxtına turizm səfərləri orta hesabla 3,5 gün təşkil edir və səfər zamanı gündəlik 75 dollara qədər xərclənilir.

Reytinq 2018-ci ilin payızında turizm səfərlərinin populyarlığının təhlili nəticələrinə əsasən tərtib edilib.

 

 

Bütün xəbərlər