Dövlət Miqrasiya Xidmətində təlim keçirilib

10:50 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və aidiyyəti struktur bölmələrin fəaliyyət istiqamətlərinin əlaqələndirilməsi məqsədi ilə təşkil edilib.

Dövlət Miqrasiya Xidmətinin Aparatında və sisteminə daxil olan qurumlarda çalışan işçilərə Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi istiqamətində təşkil olunmuş kursda Milli Məclisiin inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov təlim keçib.

Təlim prosesində mövzu ilə bağlı suallar cavablandırılıb və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Təlimə olan ehtiyaclar müəyyənləşdirilməklə kurslar növbəti həftələrdə davam etdiriləcək.

 

Bütün xəbərlər